“Əkrəm Həsənov və Partnyorları” MMC yerli və xarici müştərilərə hüquqi xidmətlərin geniş spektrini təklif edir. Dərin nəzəri biliklərə malik olmaqla bərabər, bizim hüquqşünaslarımız yerli hüquq sistemi və adət və ənənələri ilə yaxından tanışdırlar. Bundan əlavə, bizim hüquqşünaslarımız beynəlxalq xüsusi hüquq və müqayisəli hüquq sahələrində geniş təcrübəyə malikdir. Komandamızın həm normayaratma, həm də müxtəlif sahələrdə qanunun tətbiqi üzrə təcrübəsi vardır. Bu nadir təcrübə və bilik bizim müştərilərimizə Azərbaycanın hüquqi mühitinə uyğunlaşmaqda yardım edərək yeni ideya və həllərin reallaşdırılması ilə nəticələnəcəkdir.