Komandamız

_SHA9532 +

Əkrəm Həsənov

İdarəedici Partnyor

Əkrəm Həsənov hal-hazırda “Əkrəm Həsənov və Partnyorları” MMC-nin idarəedici partnyorudur. O, daha əvvəl Mərkəzi Bankda Ümumi qanunvericilik şöbəsinin rəisi, “Bank of Baku” ASC-də Hüquq departamentinin direktoru, “Bank VTB (Azərbaycan)” ASC-də İdarə Heyəti sədrinin müavini və “IJS Hüquq Firması” MMC-də idarəedici partnyor vəzifələrində çalışmışdır. Əkrəm bank və maliyyə, sığorta, telekommunikasiya, korporativ hüquq, qiymətli kağızlar, birləşmə və qoşulma əqdləri və vergitutma, habelə risk-menecment sahələrində ixtisaslaşır. Eyni zamanda, Əkrəm Vəkillər Kollegiyasının üzvüdür. O, “Azərbaycanın bank hüququ” kitabının, Azərbaycan Mülki Məcəlləsinə şərhlərin (alqı-satqı, iş və xidmət müqavilələri) və hüquq sahəsində 50-dən çox məqalənin müəllifidir.

Əkrəm Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr dərəcələrini müvafiq olaraq 1998-ci və 2000-ci illərdə əldə etmişdir. O, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə məzunudur (2005). Əkrəm Azərbaycan, rus və ingilis dillərində danışır.

_SHA9537

Polad Cabbarlı

Partnyor

Polad Cabbarlı “Əkrəm Həsənov və Partnyorları” MMC-nin partnyorudur. O, şirkətə 2016-cı ildə qoşulub. Onun təcrübəsi kommersiya mübahisələri, beynəlxalq mübahisələr və məhkəmə prosesləri, problemli borcların ödənilməsi məsələlərini əhatə edir. Bundan əlavə, onun təcrübəsinə məhkəmə prosesləri, mürəkkəb mübahisələrin danışıqlar yolu ilə həlli və müştərilərin məhkəmələrdə və icra mərhələsində icraçılar qarşısında təmsil olunması da daxildir. Polad Vəkillər Kollegiyasının üzvüdür. “Əkrəm Həsənov və Partnyorları” MMC-ə qoşulmamışdan əvvəl o, Azərbaycanın ən böyük aviaşirkəti və milli bayraq daşıyıcısı olan AZAL-da, Azərbaycanda ən iri elektrik enerjisi istehsalçısı olan Azərenerjidə, Azərbaycanın aparıcı banklarında hüquqşünas və “IJS Hüquq Firması” MMC-də partnyor vəzifəsində çalışıb.

Polad 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olmuşdur. O, Azərbaycan, rus və ingilis dillərində danışır.

_SHA9544

Emil Məcidov

Hüquqşünas

Emil Məcidov “Əkrəm Həsənov və Partnyorları” MMC-nin hüquqşünasıdır. “Əkrəm Həsənov və Partnyorları” MMC-ə qoşulmamışdan əvvəl o, “IJS Hüquq Firması” MMC-də hüquqşünas vəzifəsində çalışmışdır. 10 ildən artıq bir müddət ərzində hüquqşünas kimi işləyərək, o, qeydiyyat və prosedur məsələləri ilə məşğul olur. Emil Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini 2000-ci ildə bitirib. O, Azərbaycan və rus dillərində danışır.

_SHA9472 (+)

Rəmziyyə Yüzbaşeva

Hüquqşunas 

Rəmziyyə Yüzbaşeva “Əkrəm Həsənov və Partnyorları” MMC-nin hüquqşünasıdır. “Əkrəm Həsənov və Partnyorları” MMC-ə qoşulmamışdan əvvəl o, “IJS Hüquq Firması” MMC-də hüquqşünas köməkçisi vəzifəsində çalışmışdır. O, müxtəlif müqavilələrin tərtibi və təhlil edilməsi, habelə dövlət orqanları, hüquqi və fiziki şəxslərə ünvanlanmış ərizə və şikayətlərin yazılması ilə məşğul olur.

Rəmziyyə Bakı Dövlət Universitetinin hüquq fakültəsini 2014-cü ildə bitirib. O, Azərbaycan, rus və ingilis dillərini bilir.

_SHA9524

Dilarə Qurbanova

Hüquqşunas

Dilarə Qurbanova “Əkrəm Həsənov və Partnyorları” MMC-nin hüquqşünasıdır. “Əkrəm Həsənov və Partnyorları” MMC-ə qoşulmamışdan əvvəl o, “IJS Hüquq Firması” MMC-də hüquqşünas köməkçisi vəzifəsində çalışmışdır. Onun təcrübəsinə mübahisələrin danışıqlar yolu ilə həlli və müştərilərin məhkəmə proseslərində təmsil olunması, həmçinin müxtəlif müqavilələrin tərtibi və təhlil edilməsi daxildir.

Dilarə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr dərəcələrini müvafiq olaraq 2013-cü və 2015-ci illərdə əldə etmişdir. O, Azərbaycan, rus və ingilis dillərində danışır.

_SHA9513

Fəridə Təhməzova

Maliyyə Meneceri

Fəridə Təhməzova “Əkrəm Həsənov və Partnyorları” MMC-nin maliyyə meneceridir. “Əkrəm Həsənov və Partnyorları” MMC-ə qoşulmamışdan əvvəl o, “IJS Hüquq Firması” MMC-də maliyyə meneceri vəzifəsində çalışmışdır. O, yerli mühasibat sistemləri və dövlət orqanları ilə iş sahəsində geniş təcrübəyə malikdir. Fəridə Azərbaycan Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin məzunudur (1989). O, Azərbaycan və rus dillərində danışır.