Xidmətlər

BANK VƏ MALİYYƏ

“Əkrəm Həsənov və Partnyorları” MMC-nin hüquqşunasları bank və maliyyə sənayesi üzrə böyük bacarığa malikdir. Biz borclu və kreditorları bütün növ maliyyə əqdlərində təmsil edirik. Bizim həmçinin, bank və digər maliyyə qurumlarına biznesin təşkil edilməsi və müxtəlif korporativ (prudensial tələblər daxil olmaqla) məsələlərə dair məsləhət verilməsi sahəsində geniş təcrübəmiz vardır. Bizim hüquqşünaslarımız bank və maliyyə sektorunda iş üzrə nadir təcrübəyə malikdir və beləliklə, biz böyük, mürəkkəb beynəlxalq əqdlərdən (əməliyyatlardan) tutmuş kiçik yerli məsələlərə qədər hüquqi məsələlərin öhdəsindən gəlməyi bacarırıq.

Biz, ikitərəfli və sindikatlaşdırılmış borclar, istiqrazların verilməsi, strukturlaşdırılmış maliyyələşdirmə, layihə maliyyələşdirməsi, alışların maliyyələşdirməsi, ixrac və əmlak maliyyələşdirməsi, lizinq, həmçinin qanunauyğunluq və leqallaşmac(icazə) məsələləri üzrə geniş təcrübəyə malikik.

Bizim hüquqşünaslarımız beynəlxalq bank və maliyyə sahəsindəki təcrübəmizi yerli qanunvericilik və sahə təcrübəsi ilə birləşdirməklə, genişlənən maliyyə bazarında səmərəli məsləhətçilərə çevriliblər.

 

KORPORATİV VƏ KOMMERSİYA HÜQUQU

Əkrəm Həsənov və Partnyorları korporativ və kommersiya hüququnun bütün sahələri üzrə hüquqi məsləhətlər təqdim edir. Biz, Azərbaycan və xarici şirkətləri, maliyyə institutları, təşkilatları və digər müəssisələrə məsləhət verilməsində geniş təcrübəyə malikik.

Bizim məsləhətlərimiz müştərilərə investorlar cəlb etmək məqsədilə effektiv korporativ idarəetmə sistemləri yaratmağa, riskləri minimallaşdırmağa, vergitutmanı optimallaşdırmağa, maliyyələşdirməni artırmağa və korporativ “şəffaflığı” inkişaf etdirməyə imkan yaradır.

Əkrəm Həsənov və Partnyorları, kompleks səhmdar müqavilələri layihələrinin hazırlanması və danışıqların aparılması daxil olmaqla, birgə müəssisələrin yaradılmasında hüquqi dəstək verilməsi üzrə böyük təcrübəyə sahibdir. Həmçinin, bizim komandanın hər bir konkret müştərinin ehtiyaclarına uyğun şirkətlərin təsis sənədlərinin və daxili qaydalarının hazırlanmasında geniş təcrübəsi vardır.

Əkrəm Həsənov və Partnyorları müştərilərinin gündəlik fəaliyyəti ərzində meydana çıxan cari məsələlərə dair tövsiyələr verməklə yanaşı, mürəkkəb layihələrin həyata keçirilməsində də yardımçı olur. Bizim hüquqşünaslarımız müxtəlif yurisdiksiyaların təsir dairəsinə daxil olan layihələr üzrə əhəmiyyətli təcrübəyə malikdir.

 
MÜQAVİLƏ HÜQUQU

Biz alqı-satqı, borc, icarə, podrat, konsessiya (distribyutorluq), françayzinq müqavilələri və digərləri daxil olmaqla, kommersiya müqavilələrinin müxtəlif növlərinin layihələrinin hazırlanması və danışıqların aparılmasında geniş təcrübəyə sahibik.

 
ƏMƏK HÜQUQU

Əkrəm Həsənov və Partnyorları əmək hüququnun bütün sahələri üzrə korporativ müştərilərə məsləhətlər verir.

Biz, kənardan cəlb olunmuş heyətlə həm əmək, həm də xidmət müqavilələrinin hazırlanmasında böyük təcrübəyə malikik. Bizim məşğulluq vəəmək hüququ sahəsi ilə əlaqədar tövsiyələrimiz vergitutma və əməyin miqrasiyası məsələləri ilə sıx bağlıdır. Biz müştərilərə vergi və sosial sığorta yükünü optimallaşdırmaq məqsədilə səmərəli əmək haqqı sistemi yaratmaqda yardımçı ola bilərik.

Biz, həm fərdi işdən azad edilmə (çıxarılma), həm də ştatların ixtisarı halları ilə bağlı işçilərin əmək müqavilələrinə xitam verilməsi və vəzifədən azad edilmələri ilə əlaqədar hüquqi yardım təqdim edirik.

Əkrəm Həsənov və Partnyorları həmçinin əmək yoxlamaları ilə əlaqədar tövsiyələr verir.

Bizim Azərbaycan əmək hüququ üzrə uzun müddətli təcrübəmiz və dərin biliyimiz Sizə işçilərin və əmək yoxlaması (müfəttişliyi) orqanlarının gözlənilməz iddialarının qarşısını almağakömək edəcək.

 
ƏQLİ MÜLKİYYƏT HÜQUQU

Əkrəm Həsənov və Partnyorları müştərilərinə əqli mülkiyyət hüquqlarının qeydiyyatı, istifadəsi, qorunması və həyata keçirilməsi ilə bağlı köməklik göstərir. Bizim təcrübəmiz patent və əmtəə nişanları, ticarət sirləri və müəlliflik hüquqlarına tətbiq olunan hüquqları əhatə edir.

Əqli mülkiyyət hüquqları ilə əlaqədar, ümumiyyətlə, hüquqi məsləhətlər təqdim edilməsi və müqavilələr hazırlanmasında diqqətə layiq təcrübəyə sahib olmaqla yanaşı, Əkrəm Həsənov və Partnyorları yarıleqal idxalların qarşısının alınması, əmtəə nişanları və domen adlarına dair, həmçinin əqli mülkiyyət hüquqlarının pozuntularına aid olan digər hallar daxil olmaqla, əqli mülkiyyət və marketinq hüquqları ilə bağlı məhkəmə çəkişmələrində təcrübəyə malikdir.

 
VERGİ QANUNVERİCİLİYİ

Biz Azərbaycan vergi sisteminin mürəkkəbliyini tam anladığımız üçün hüquqi xidmətlərimizdə diqqətimizi vergitutma sisteminin təsiri ilə sıx əlaqəyə cəmləşdiririk.

Bizim hüquqşünaslarımız Azərbaycanda həyata keçirilən biznesə adətən tətbiq oluna bilən bütün biznes əməliyyatlarında vergi risklərini müəyyən etməkdə yaxşı ixtisaslaşıblar. Biz Sizin vergi strategiyalarınızda hüquqi uyğunluq və proqnozlaşdırmanın yüksək səviyyədə olmasını təmin edəcəyik.

Bizim hüquqşünaslarımız Sizin yerli və xarici əməliyyatlarınızı onların Azərbaycan vergi hüququna uyğun olub-olmamasına dair təhlil edəcəklər. Bizim təcrübəmiz ƏDV, mənfəət və gəlir vergisi, torpaq və əmlak vergisi, idxal vergi və rüsumları, sənədləşdirilməmiş xərclərin idarə edilməsi, mürəkkəb subpodrat strukturları və digər sahələri əhatə edir. Biz yerli və xarici müqavilələrin bölünməsi daxil olmaqla, ƏDV və ödəmə mənbəyində tutulan vergidən yaxa qurtarmaq üçün qeyri-rezident müqavilə tərəflərinin kompleks öhdəlikləri ilə bağlı dəyişilə bilən şərtlər təklif etməkdə xüsusi təcrübəyə malikik.

 
MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ MƏHKƏMƏ PROSESLƏRİ

Əkrəm Həsənov və Partnyorları-in hüquqi komandası mübahisələrin həlli və vasitəçilik sahəsində Azərbaycanda ən seçilən və təcrübəli hüquqşünaslar sırasındadır. Əkrəm Həsənov və Partnyorları-in hüquqşünaslarının əksəriyyəti yerli

Vəkillər Kollegiyasının üzvüdür. Bizim nailiyyətlərimizə onlarla məhkəmə qaydasında və ya sülh yolu ilə xeyrimizə həll olunmuş işlər aiddir. Bir qayda olaraq, müştəri və onun kontragenti arasında mübahisənin sülh yolu ilə həllinə nail olmaq bizim başlıca məqsədimiz olmaqla, Azərbaycan hüquq bazarında bizi fərqləndirən amillərdəndir.

Bizim hüquqşünaslarımız borcun sülh yolu ilə ödənilməsi, qeyri-hüquqi hərəkətlərin davam etdirilməsinin qadağan olunması barədə iddialar verilməsi, müştərilərin məhkəmələrdə təmsil olunması və məhkəmə qərarlarının icrası daxil olmaqla, borc toplama xidmətlərinə işlər təqdim etməkdə geniş təcrübəyə malikdir.

Əkrəm Həsənov və Partnyorları Sizə aşağıdakılar daxil olmaqla mübahisələrin həlli prosedurlarındakı geniş təcrübəsini təklif etməyə şaddır:

  • Məhkəməyə qədər mübahisələrin həlli;
  • Məhkəmə prosesləri;
  • Arbitraj;
  • İnzibati mübahisələr; və
  • Məhkəmə və arbitraj qərarlarının icrası.

 
DAŞINMAZ ƏMLAK

Bizim hüquqşünaslarımız torpaq və digər daşınmaz əmlakla bağlı əqdlər və tikinti layihələri ilə əlaqədar xüsusi məsələlər üzrə böyük təcrübəyə sahibdir. Biz, torpaq, digər daşınmaz əmlak və tikinti ilə bağlı geniş spektrli məsələlər üzrə hərtərəfli hüquqi dəstək təqdim edir və məsləhətlər veririk.

Bizim banklara və korporativ müştərilərə müəssisənin kompleks maliyyə-hüquqi təhlilini həyata keçirməyə yönəlmiş məhsullarımızı təqdim etmək kimi kifayət qədər uzun müddətli və uğurlu ənənəmiz var. Biz əldə edilmiş əmlakın qiymətinin düşməsinə gətirib çıxaran amillər daxil olmaqla, əmlaka mülkiyyət hüququnun həqiqətən mövcudluğuna dair araşdırmalar aparılmasında ciddi təcrübəyə malikik. Biz rəsmi reyestr və digər məlumat mənbələrindən mülkiyyət hüququ ilə bağlı məlumatı əsaslı şəkildə axtaracağıq. Bizim müəssisənin kompleks maliyyə-hüquqi analizini həyata keçirməyə yönəlmiş məhsullarımızda həmişə korporativ təsdiq prosedurlarının həqiqiliyinin təsdiqi daxil olmaqla, səlahiyyətin yoxlanılması da əhatə olunur. Girov qoyulmuş və ya icarəyə götürülmüş əmlak hallarında isə Sizə bütün mümkün risklərin göstəriciləri daxil olmaqla, bu cür əmlakın hüquqi statusunun müfəssəl hüquqi analizi təqdim ediləcək.

Bizim xidmətlərimizə əks tərəflə, dövlət və bələdiyyə hakimiyyəti orqanları ilə danışıqlar, həmçinin bütün zəruri razılıqların alınması və qeydiyyatların aparılması daxildir.

 
BİRLƏŞMƏ VƏ QOŞULMA ƏQDLƏRİ

Əkrəm Həsənov və Partnyorları birləşmə və qoşulma əqdləri ilə əlaqəli bir neçə hüquq sahəsi üzrə xüsusi məsləhət xidmətləri təqdim edir. Biz alıcılara və satıcılara, həmçinin onların məsləhətçilərinə və maliyyə tərəfdaşlarına tövsiyələr veririk.

Bizim müştərilərimiz konkret əməliyyatın tələb etdiyi bütün hüquqi təcrübəmizi özünə daxil edən məsləhət xidmətləri alacaqlarına əmin ola bilərlər.

Bizim bu xidmətlərimizin ən vacib hissəsi Azərbaycanda apardığımız bir neçə aparıcı özəlləşdirmə daxil olmaqla, bizim komandanın geniş təcrübəyə malik olduğu hüquqi təhlildir.

 
HÜQUQİ TƏRCÜMƏ

Biz müştərilərimizə qısa zaman kəsiyində tamamlanan yüksək keyfiyyətli tərcümə xidmətlərini təqdim edir və bu tərcümənin notarius tərəfindən təsdiqlənməsini təşkil edirik. Müştərilərimizdən əldə etdiyimiz məlumatın məxfiliyinə tam təminat veririk.